SRM · satınalma

Satınalma: tələbdən ödənişə qədər bir sistemdə

Prosoft SRM tələbi, tenderi, tədarükçü təkliflərini, müqaviləni, qəbulu və fakturanı bir zəncirə bağlayır. Hər qərarın səbəbi və hər manatın hara getdiyi görünür.

Ekranda demo məlumatıdır

Tanış gəlirmi?

Təkliflər e-poçtda itir

Tədarükçülər qiyməti fərqli formatda göndərir, müqayisə cədvəli əllə yığılır, səhv olanda heç kim bilmir.

Təsdiq həftələrlə çəkir

Tələb bir masadan o birinə gedir, kimdə dayandığını yalnız zəng edəndə öyrənirsiniz.

Qənaəti sübut etmək çətindir

Nə qədər qənaət olunduğunu, hansı tədarükçünün gecikdiyini hesabat üçün hər dəfə yenidən yığırsınız.

Prosoft SRM ilə

  • Tədarükçülər təklifi portalda özləri verir, sistem müqayisə cədvəlini avtomatik qurur.
  • Tələb və qərar təsdiq marşrutu ilə gedir, hər addımda kimin gözlədiyi görünür.
  • Sifariş, qəbul, iş aktı, faktura və ödəniş bir-birinə bağlıdır.
  • Qənaət hesabatı və xərc analizi hər an hazırdır.

Əsas imkanlar

Tələb və təsdiq

Şöbələr tələbi sistemdə yaradır, təsdiq marşrutu məbləğə və kateqoriyaya görə avtomatik seçilir.

Tender

Büdcə, şərtlər, lotlar, qapalı zərf və komissiya. Təkliflər son tarixədək heç kimə açılmır.

Tədarükçü portalı

Tədarükçü təklifi onlayn verir, xərcləri növlərə görə (çatdırılma, sığorta və s.) ayrıca yazır. Portal az, en, ru dillərində.

Canlı qiymət yarışması

Tədarükçülər real vaxtda qiymət endirir, sıralama dərhal yenilənir. Yarışma bitəndən sonra təkrar oynatmaq olar.

Müqayisə və risk siqnalları

Təkliflər yan-yana, şübhəli qiymət və şərtlər işarələnir. Reviziyada nəyin dəyişdiyi rənglə göstərilir.

Müqavilədən ödənişə

Müqavilə (Word, imza), sifariş, qəbul, iş aktı, faktura və ödəniş. "Əlaqəli sənədlər" ağacı bütün zənciri bir ekranda göstərir.

Qənaət və xərc analizi

Qənaət hesabatı, qənaət imkanları, kateqoriya və tədarükçü üzrə xərc analizi.

AI köməkçi

Sənədləri oxuyur, təklifləri xülasə edir, suala sistemdəki məlumatla cavab verir.

ERP inteqrasiyası

Mövcud ERP və mühasibat sisteminizlə məlumat mübadiləsi. ERP olmadan da tam işləyir.

Canlı qiymət yarışması

Ən yaxşı təklifləri verən tədarükçüləri onlayn yarışmaya dəvət edin. Hər kəs öz yerini görür, başqalarının adını görmür. Yarışmanın qənaəti avtomatik hesablanır, sonra hər addımı təkrar oynatmaq olar.

  • Bir və ya bir neçə tur
  • Minimal addım və vaxt uzadılması
  • Qapalı adlar, açıq sıralama
  • Tam tarixçə və təkrar oynatma

Ekranda demo məlumatıdır

Necə başlanır

  1. Demo

    30 dəqiqəlik görüşdə proqramı sizin prosesinizin üzərində göstəririk.

  2. Quraşdırma

    Buludda və ya sizin serverinizdə. Təsdiq marşrutlarını, kateqoriyaları birlikdə qururuq.

  3. Məlumatlar

    Tədarükçü və məhsul siyahılarını Excel-dən köçürürük.

  4. Təlim və start

    İşçilərinizi və tədarükçüləri öyrədirik, ilk tenderi birlikdə keçiririk.

Proqramı öz işinizin üzərində görün

30 dəqiqəlik onlayn görüşdə sizin satınalma və ya satış prosesinizi proqramda addım-addım göstəririk. Öhdəlik yoxdur.

Demo sifariş et