Azərbaycanda hazırlanıb

Satınalma və satışı bir yerdən idarə edin

Prosoft tələbdən ödənişə qədər bütün satınalmanı və müştəri sorğusundan fakturaya qədər bütün satışı bir sistemdə toplayır. Excel cədvəlləri, e-poçt yazışmaları və kağız təsdiqlər olmadan.

Qiymət istifadəçi sayından asılıdır, demo zamanı hesablayırıq.

Ekranda demo məlumatıdır

İki məhsul, bir yanaşma

Hər biri ayrıca işləyir. Birlikdə alınanda tədarükçü də, müştəri də bir yerdə olur.

SRM · satınalma

Tədarükçüdən ödənişə qədər

Tender · canlı yarışma · müqavilə · qəbul · faktura

SRM demosu →
CRM · satış

Müraciətdən müqaviləyə qədər

Sorğu · təklif · sifariş · təhvil · faktura

CRM demosu →

Niyə Prosoft

Yerli qaydalara uyğun

Sənədlər, ƏDV, valyuta və təsdiq qaydaları Azərbaycan şirkətlərinin real iş axını əsasında qurulub.

Üç dil

İnterfeys və tədarükçü portalı Azərbaycan, rus və ingilis dillərində işləyir. Hər istifadəçi öz dilini seçir.

ERP ilə və ya ERP-siz

Mövcud mühasibat və ERP sisteminizlə inteqrasiya olunur, ERP yoxdursa da tam işləyir.

Bulud və ya öz serveriniz

Sistemi bizim serverdə istifadə edə və ya öz serverinizdə quraşdıra bilərsiniz.

Hər addımın izi

Kim, nə vaxt, nəyi dəyişdi — hər sənəddə görünür. Reviziya və audit üçün hazır tarixçə.

Yanınızda olan komanda

Quraşdırma, məlumatların köçürülməsi və işçilərin təlimini özümüz edirik.

Proqramı öz işinizin üzərində görün

30 dəqiqəlik onlayn görüşdə sizin satınalma və ya satış prosesinizi proqramda addım-addım göstəririk. Öhdəlik yoxdur.

Demo sifariş et