Məxfilik siyasəti
Son yenilənmə: 9 noyabr 2026
Hansı məlumatları toplayırıq
Demo formasında yazdığınız məlumatlar: ad, şirkət, telefon, e-poçt, maraqlandığınız məhsul və qeyd. Başqa şəxsi məlumat toplamırıq.
Nə üçün istifadə edirik
Yalnız sizinlə əlaqə saxlamaq, demo təşkil etmək və sualınıza cavab vermək üçün. Məlumatları satmırıq, reklam üçün üçüncü tərəfə vermirik.
Harada saxlanılır
Müraciət bizim komandaya iş kanalı (e-poçt və ya Telegram) ilə çatdırılır. Sayt Cloudflare infrastrukturunda yerləşir.
Cookie və analitika
Sayt reklam və izləmə cookie-ləri istifadə etmir. Ziyarət statistikası üçün Cloudflare Web Analytics istifadə olunur: o, cookie yazmır və sizi şəxsən tanımır. Spamdan qorunmaq üçün formada Cloudflare Turnstile işləyir.
Nə qədər saxlayırıq
Müraciət məlumatlarını əməkdaşlıq davam etdikcə və ya son əlaqədən sonra ən çoxu 2 il saxlayırıq.
Hüquqlarınız
Haqqınızda saxladığımız məlumatı öyrənmək, düzəltmək və ya silinməsini tələb etmək üçün bizə yazın.